42 saylı Sumqayıt 2-ci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili "Stansi Sumqayıt" adlanan ərazidə seçicilərlə görüşüb.

Unikal.org xəbər verir ki, T.Mirkişili sosial şəbəkə vasitəsi ilə ona qarşı edilən təxribat barədə də yazıb:

"Bəzi qüvvələrin uğursuz təxribat cəhdlərinə baxmayaraq sakinlər ilə səmimi dialoq apardıq. Jurnalistə (Meydan tv, Azadlıq qəzeti) bütün görüşü tam çəkməyə imkan versək də tam videonu yaymağa cəsarətləri çatmadı. Amma biz bütün bu təxribatçıların cavabını öz işimizlə verdik. Daha güclü Azərbaycanın qarşısından qaçıb getdilər.

İctimai hesabat, seçildiyimiz təqdirdə görə biləcəyimiz işlər barədə məlumat verdik. Sakinlərin problem və təkliflərini dinlədik. Bu əraziyə qəsəbə statusunun verilməsi əsas hədəflərimizdən biridir".