Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 4-də saat 11 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilib, Nəcməddin orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.