İtaliyanın paytaxtı Romada keçiriləcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Unikal.org xəbər verir ki, sərbəst güləşçilərdən Əfqan Xalaşov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq) döşək üzərinə çıxacaq.