Bakıda qadın yaşadığı evdə ölü tapılıb.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayonun Bilgəh qəsəbəsində yaşayan 1978-ci il təvəllüdlü Hüseynova Səadət Fəxrəddin qızının meyiti yaşadığı evin həyətindəki hamamda aşkar edilib.

Qadının meyitini hamamda oğlu tapıb. Hadisə yerinə və meyitə baxış keçirilib, meyit müayinə edilib.

Faktla bağlı cinayət işi başlanıb.