"İnter"in hücumçusu Lautaro Martinezin eşq həyatı da yolunda gedir.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə etdikləri paylaşımlardan ulduz futbolçunun sevgilisi Lady Lautaro ilə xoşbəxt olduğu görünür. Cütlüyü Mauro İkardinin həyat yoldaşı Vanda Naranın tanış etdiyi məlum olub. 

24 yaşlı model Lady Lautaro isə sosial şəbəkə paylaşdığı fotolarla tez-tez gündəmə gəlir. Onun "Instagram"da 530 mindən çox izləyicisi var.