Göygöldə yerli sakin mübahisə zəminində döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini, 44 yaşlı Asif Abdıyevlə həmyerlisi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə əlbəyağa dava ilə nəticələnib və ona müxtəlif bədən xəsarətləri yetirilib. Sonra onunla dalaşan kişinin oğlu da mübahisəyə qoşulub və bıçaqla A.Abdıyevin kürəyindən bıçaqlayıb. Xəsarət alan A.Abdıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.