Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, "Toyota" və Volkswagen" markalı avtomobillər toqquşub. "Wolkswagen" markalı avtomobil qəza zamanı yolda olan süpürgəçi qadını vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.