125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Faiq Kərimovun təbliğat-təşviqat kampaniyası davam edir.

Unikal.org xəbər verir ki, Faiq Kərimov Sabunçu rayonunda, “Qobu Park yaşayış massivində  və Stansiya Sumqayıtda məskunlaşan Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərlə görüşüb.

Görüş zamanı sakinlər F. Kərimovu yaxından tanıdıqlarını, onun fəaliyyətindən razı qaldıqlarını deyiblər.

Onlar  F. Kərimovun layiqli millət vəkili olacağına və hər zaman onların səsinə səs verəcəyinə inandıqlarını vurğulayıblar. F. Kərimov bildirib ki, seçicilərin etimadını qazanarsa, onları narahat edən məsələlərin həllində mühüm addımlar atacaq.

O, sakinlərə vaxt ayırıb görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirib. Görüş zamanı həmçinin vətəndaşların müraciətləri dinlənilib.