17 saylı Yasamal üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Unikal.org xəbər verir ki, görüş hesabat xarakteri daşıyıb. E.Allahverdiyev bildirib ki, bir ilkə imza ataraq seçiciləri qarşısında təşviqat kampaniyası ərzində gördüyü işlər barədə məlumat vermək istəyir.

E.Allahverdiyevin sözlərinə görə, seçiciləri ilə çoxsaylı görüşləri barədə məlumatlar operativ şəkildə sosial şəbəkələrdəki seçki akkuantlarından paylaşılıb. Tərqibən 3 həftə ərzində Yasamalın Sovetski deyilən hissəsində 60-a yaxın evdə olub, sakinlərin problemlərini və arzularını dinləyib. 30 mindən artıq seçicisi olan dairə hüdudlarında 13 mindən çox evə təşviqat materialları çatdırılıb. E.Allahverdiyev bildirib ki, qalan iki gün ərzində də seçicilərlə görüşlərini davam etdirmək əzmindədir.