ABŞ-lı məşhur boksçu Gervanto Davisin həyat yoldaşına qarşı etdiyi hərəkət hər kəsi şoka salıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən yaxşı idmançılarından biri hesab edilən Gervonta Davis  ABŞ-ın Florida əyalətində xeyir işləri üçün təşkil edilmiş basketbol matçına qatılıb.

Bu zaman o tamaşaçıların gözü qarşısında tribunada əyləşən bir xanımı boğmağa başlayıb. bununla kifayətlənməyən boksçu həyat yoldaşını sürüyərək həmin məkandan çıxarmağa çalışıb.

Tamaşaçılar da gördüyü mənzərə qarşısında şoka düşüb. Sonradan məlum olub ki, idmançının şiddətinə məruz qalan qadın 2 uşağının anasıdır. 

Hadisədən sonra 25 yaşlı boksçu tutulub. Gervanto Davis  polisə ifadəsində həyat yoldaşı ilə barışdığını və  onu incitmək fikrinin olduğunu deyib.  

Görüntülərin yayılmasından sonra sosial şəbəkədə tənqidlərə məruz qalan  boksçu hesablarını bağlamaq məcburiyyətində qalıb.