Moskva “Dinamo”su ilə yollarını ayıran Ramil Şeydayev karyerasını Azərbaycanda davam etdirə bilər.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə, 23 yaşlı hücumçunun “Neftçi”yə transfer oluna biləcəyi bildirilib.

Karyerası ərzində “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov” kimi klublarda forma geyinən Ramil, Azərbaycanda “Qarabağ”ın uğurları üçün çalışıb.