Gənclər və İdman Nazirliyi tərəfindən “Milli Məclis – Qanunverici orqan” adlı yaddaş kitabçası hazırlanıb.

Kitabça 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə gənclər, xüsusilə ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin aparılması və seçkilərdə gənclərin fəallığının təmin edilməsinə kömək məqsədilə nəzərdə tutulub.

Unikal.org xəbər verir ki, yaddaş kitabçasında Azərbaycan Parlamentinin tarixi, formalaşma dövrləri, fəaliyyəti, beynəlxalq əlaqələri, ümummilli lider Heydər Əliyevin Parlamentarizm tarixinin inkişafındakı mühüm rolu haqqında məlumatlar və Azərbaycan Respublikasının Konstitusiyasından və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapıb.