ABŞ-da universitetlər arasında keçirilən qadın basketbol liqasında dava düşüb.

Unikal.org Amerika mətbuatına istinadən xəbər verir ki, "Alabama State-Texas Southern" komandaları arasında keçirilən qarşılaşmanın sonunda qadın basketbolçular bir-birilərinə girib. İdmançılar bir-birilərinə yumruq atıblar.

Davanın hansı səbəbdən meydana gəldiyi hələlik məlum deyil. Qadın basketbolçulara veriləcək cəza da hələ ki müəyyənləşməyib.