Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunu Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərinə görə Fəxri diplomla təltif edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Rusiyada rəsmi məlumatların portalında yayımlanıb.

İki gün əvvəl isə Putin səfir, bəstəkar və müğənni Polad Bülbüloğluna 75 yaşı münasibətilə təbrik teleqramı göndərmişdi. Kremlin saytında yayımlanan təbrikdə deyilirdi: "75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. İllərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafına çox böyük töhfələr verirsiniz. Əlbəttə ki, bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir”.