Rusiyanın UFC üzrə son çempionu  Həbib Nurməhəmmədov qalmaqallı addımı ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, Səudiyə Ərəbistandan Dağıstan əsilli rusiyalı döyüşçüyə irlandiyalı idmançı Konor Makqreqorla revanş qarşılaşmasına sözügedən ölkədə çıxması üçün 100 milyon dollarlıq təklif gəlib. Lakin Həbib bundan imtina edib. İdmançı fikirlərini bu cür ifadə edib:

“Elə bir pula nəyə görə ehtiyacım olsun? O qədər təşkilat var ki... Məsələn, görmə qüsuru olan şəxslər üçün futbol, sambo və digər idman yarışları təşkil edilir. UFC bu qədər pulla nə edəcəyini bilmirsə, onlara versin. O axmağı təkrar döymək üçün mənə 100 milyon dollar vermək heç də məntiqli deyil” - deyə Nurməhəmmədov bildirib.