Çin Xalq Respublikası (ÇXR) Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Unikal.org xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin Baş direktor müavini Lician Jao “Twitter” səhifəsində yazıb.

"Biz dünya liderlərinə göstərdikləri dəstəyə görə səmimi minnətdarlıq edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəyliyini və bütün zəruri yardımları göstərməyə hazırlığını ifadə edib", - Lician Jao rəsmi səhifəsində bildirib.