Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanov  bu gün seçiciləri ilə görüşləri yekunlaşdırıb.

Unikal.org xəbər verir ki, görüşlər  YAP Mərkəzi Seçki Qərargahının  müvafiq rayon şöbələrində keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası  tərəfindən 65 saylı Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülmüş akademik Əhliman Əmiraslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə məlumat verib.  Daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışaraq, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını diqqətə çatdırıb.   Namizəd, xüsusi olaraq  vurğulayıb ki: “Ölkəmizin belə yüksək inkişaf  tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Ötən müddətdə  mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament  tribunasından səsləndirilib, eləcə də həll edilməsi  aidiyyati dövlət qurumlarına ünvanlanıb. Dünyada, regionda gedən proseslər və bu proseslərdə Azərbaycanın yeri, xüsusilə son zamanlar Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə aparılan kadr və struktur islahatları, bu islahatların əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin dayanaqlılığı, möhkəmləndirilməsində və xalqın maddi rifahının daha da yaxşılaşdırılmasında rolu danılmazdır. Biz inanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq və uğur daim bizimlə olacaq”. 

Görüşlərdə iştirak edən seçicilər artıq öz seçimlərini etdiklərini və  fevralın 9-da seçki məntəqələrinə gedərək birmənalı olaraq  Yeni Azərbaycan Partiyasının  namizədini, hörmətli ziyalı,  akademik Əhliman Tapdıq oğlu Əmiraslanovu  dəstəkləyəcəklərini bildirdilər.