Bu gün özünü asan Sənan Həsənov Vətəndaş İnkişaf Partiyasının (VİP) aktiv üzvlərindən olub.

Bu barədə Unikal.org-a VİP sədri Əli Əliyev deyib.

O bildirib ki, Sənan Həsənov uzun müddət imiş ki, ürəyində problemlər var idi: "Ürəyindən şuntlama əməliyyatı keçirmişdi. Özü əczaçı idi. Partiya üzvümüz, dostumuz, səmimiyyətin təcəssümü Sənan Həsənov vaxtsız şəkildə bizləri tərk etdi. Allah Haqq dünyasını versin, günahlarını bağışlasın. Çox heyf, min dəfələrlə heyf... Allah rəhmət eləsin."

Qeyd edək ki, mərhumun iki övladı var.

Xatırladaq ki, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlunun asılmış meyti sahibi olduğu aptekdən tapılıb.