103 saylı Gədəbəy seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş Elmar Musayev Səbətkeçməz, Əlinağılar, Çaldaş kəndlərində seçicilərlə görüşüb.

Unikal.org xəbər verir ki, seçicilərin aktivliyi ilə keçirilən görüşlərdə etimad və güvənlərinə görə seçicilərinə təşəkkür edən E.Musayev özü barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Görüş zamanı Elmar Musayev kənd sakinləri ilə söhbət edib, onların yaşayışı ilə maraqlanıb, seçicilərin suallarını cavablandırıb. O, qeyd edib ki, deputat seçiləcəyi təqdirdə Gədəbəy rayonunun problemlərini həll etmək üçün əlindən gələni əsirgəməyəcək.