Ağsu rayonunda fərdi yaşayış evi yanıb. 

Unikal.org xəbər verir ki, bu gün günorta saatlarında Bico kəndində Namiz Dadaşova məxsus 80 kvadratmetrlik iki otaqlı evdən yanğın çıxıb. Hadisə baş verib. 

Əraziyə Ağsu rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Yanğın söndürüb.

Qeyd edək ki, evin iki otağından birində 30 ədəd (450 kiloqram) ot bağlaması olub.

Yanğının səbəbləri araşdırılır.