Bakıda qaz sızmasından partlayış baş verib.

Unikal.org-un verdiyi xəbərə görə, hadisə İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında olub. Partlayışda 7 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

***

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.


Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".