42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişili təbliğat-təşviqat kampaniyasını yekunlaşdırıb.

Unikal.org xəbər verir ki, Tahir Mirkişili seçicilərlə sonuncu görüşünü şəhərin 45-ci məhəlləsində keçirib. Deputatlığa namizəd görüşə gələn seçicilərə son 4 il ərzində fəaliyyəti ilə bağlı hesabat verib.

İzdihamla müşayət olunan görüş dialoq şəklində davam edib və  T. Mirkişili verilən təkliflərin seçiləcəyi təqdirdə gələcək fəaliyyətində nəzərə alınacağını seçicilərin diqqətinə çatdırıb. 

Görüşdə, ölkəmizin əldə etdiyi iqtisadi və sosial uğurlardan, aparılan sosial-iqtisadi islahatlardan danışılıb, həmçinin  problemlər müzakirə edilib.