125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Faiq Kərimovun təbliğat-təşviqat kampaniyası uğurla yekunlaşıb.

Unikal.org xəbər verir ki, F. Kərimov kampaniya çərçivəsində seçicilərlə sonuncu görüşünü Abşeron rayonunun Masazır qəsəbəsinin Zəngilan şəhərciyində yerləşən Mədəniyyət evində keçirib.
İzdihamla müşayət oluna görüşdə deputatlığa namizəd Faiq Kərimov onların həqiqi vəkili olmağı üçün bu yola çıxdığını bildirib.
Görüş iştirakçıları F. Kərimovun layiqli millət vəkili olacağına və hər zaman onların səsinə səs verəcəyinə inandıqlarını vurğulayıblar.
F. Kərimov sakinlərə vaxt ayırıb onunla görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirib.
Seçicilər fevralın 9-da F. Kərimova səs verəcəklərini deyiblər.