Xəbər verdiyimiz kimi ötən günlərin birində Zöhrə Space Tv-də Amil Xəlilin verilişində baldızı tərəfindən döyüldüyünü demişdi.

Unikal.org xəbər verir ki, baldızım içki qəbul edib hər gün məni döyür deyən Zöhrə «Gəl dərdini danış» verilişində başına gələnləri danışmışdı. Adı hallanan Günel xanımda açıqlama verərək deyilənləri qismən təsdiq etmişdir. 

Dünən baldız Günelin anası və atası da açıqlama verib. Onlar Günel tərəfindən döyüldüylərini hətta bu barədə polisə də məlumat verdiklərini bildirib. «Məni döyür , atasını döyür. Hələ Günel bir tərəfdən oğlum Sübhanda bıçaq götürüb üstümüzə düşür. Bizi evdən qovublar. Çöllərdə qalırıq. Gəlinimiz Zöhrə də bizə hücm edib» deyə Günelin anası bildirib. 

Günel bacısı Validə xanımda deyilənləri təsdiq edib. Həmin anları təqdim edirik. Qeyd edək ki, hadisə Hökməli qəsəbəsində baş verib.