Eldar Quliyevin seçiciləri ilə görüşündə növbəti böyük izdiham yaşanıb.

Unikal.org xəbər verir ki, 28 saylı Sabunçu III seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Eldar Quliyevin görüşündə böyük seçici coşqusu müşahidə olunub.

Bu gün Maştağa qəsəbəsində keçirilən görüşdə Maştağa, Nardaran, Bilgəh və Zabrat qəsəbələrindən olan seçicilər iştirak ediblər. Çıxış edən ağsaqqallar, qəsəbə sakinləri, gənclər Eldar Quliyevin deputat olduğu müddətdə gördüyü işlərdən, seçildiyi dairənin problemlərinin həlli istiqamətində fəaliyyətlərindən danışıblar. Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri, ziyalılar və seçicilər parlament seçkilərində namizəd Eldar Quliyevə uğurlar arzulayıblar.

Çıxış edənlər 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və seçkilərdə birmənalı olaraq Eldar Quliyevi dəstəkləyəcəklərini bildiriblər.