“Milli Məclisə seçkilər 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək”.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, sabah – fevralın 9-da Azərbaycanda parlament seçkiləri günüdür: “ Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”.