"Sabahkı seçkiləri 132 beynəlxalq KİV təmsilçisi yayımlayacaq".

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, burada ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri daxildir.