Azərbaycanda seçicilərin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində 5 milyon 329 min 460 nəfər Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək.

Qeyd edək ki, sabah Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.