"Bu dəqiqələrdə də sosial şəbəkələrdə təşviqat aparılır".

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, sosial şəbəkələrdə seçki təşviqatı dekabrın 5-dən başlayıb: “Bu isə növbədənkənar parlament seçkilərinin Təqvim Planına zidd idi. Hazırda da sosial şəbəkələrdə bu davam edir. Amma MSK buna göz yumur. Hesab edirəm ki, biz bunu etməklə heç nə itirməmişik”.