Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.

Unikal.org  xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi də olub. “CBC Sport”un şərhçisi  Səmra Əliyeva Gündüz Abbaszadə ilə birgə oyunu şərh edib.

Bu isə Azərbaycan idman tarixində bir ilkdir. İndiyədək heç vaxt futbol oyunlarını qadın şərh etməyib.