Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

İdarəetmədən çıxan minik avtomobili maneəyə çırpılıb. Qəza nəticəsində gənc oğlan (şəxsiyyəti dəqiqləşdirilir - red) ağır xəsarət alıb. O, əvvəlcə Gənə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, sonra özəl xəstəxanaların birinə aparılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.