“Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb”.

Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”, - o, vurğulayıb.

MSK sədri həmçinin deyib ki, məntəqə komissiyalarının üzvləri işlərini qanunvericiliyə uyğun qurmalıdır: "Belə olan halda məntəqə komissiyasının üzvlərinin qeydiyyatdan keçən müşahidəçilərə mane olmağa ixtiyarı yoxdur. Eyni zamanda, müşahidəçilərin də məntəqə komissiyalarının fəaliyyətinə mane yaratmağa hüququ yoxdur".