Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

Unikal.org xəbər verir ki, komissiyanın mətbuat katibi Şahin Əsədli Qafqazinfo-ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir”.

Unikal.org-a daxil olan görüntüyə əsasən, 9 saylı Binəqədi ikinçi seçki dairəsi 3 saylı məntəqə kamerasının üzəri kağızla örtülüb.