Azərbaycanda keçirilən parlament seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Unikal.org-un xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 27,35 faiz olub.

O, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 1 457 776 nəfərinin səs verdiyini deyib.