Bakı şəhərinin Binəqədi və Səbail rayonları liftdə qalanlar çıxarılıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib.