Baş Prokurorluq qəzada 3 nəfərin ölməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Unikal.org-un verdiyi xəbərə görə, qurumun mətbuat katibi Eldar Sultanov facebook hesabında məlumat paylaşaraq bildirib ki, bəzi Kütləvi İnformasiya Vasitələrində fevralın 9-da Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb:

“Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə əlaqədar, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər”.