Salyan rayonunda bəy və gəlin səs verib.

Unikal.org "Report"a istinadən  xəbər verir ki, cütlük 60 saylı Salyan-Neftçala seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüquqlarından istifadə ediblər.

Belə ki, Salyan rayonunun Qarabağlı qəsəbəsinin sakinləri - Əli Qurbanov və Ləman Qurbanova toy günləri səs verib.