“İndiyə qədərki seçki prosesi qənaətbəxşdir. Hava şəraitinə baxmayaraq səsvermə fəallıq şəraitində davam edir".

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bu seçki qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.

R.Qasımov bildirib ki, indiyə qədər MSK-ya şikayət xarakterli məlumat daxil olmayıb: "Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə indiyə qədər 50-dən artıq müraciət daxil olub. Bütün müraciətlər sorğu xarakterli olub".