Daha bir seçki dairəsində lider namizəd müəyyənləşib.

Unikal.org xəbər verir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin lider namizədi Allahverdiyev Elnur Marat oğludur.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı protokollara əsasən, E.Allahverdiyev digər namizədlərlə müqayisədə ən çox səs toplayan şəxsdir.

Bununla da lider müəyyənləşən seçki dairələrinin sayı 119-a çatıb.

Qeyd edək ki, E.Allahverdiyev YAP-ın namizədidir.