“Real” İspaniya La Liqasının 23-cü turunda “Osasuna”nı məğlub edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 4:1 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Kərim Benzema üçün əlamətdar olub. Belə ki, fransız hücumçu “Osasuna” ilə oyunda komandasının 3-cü qolunun məhsuldar ötürməsini edərək, “Real” formasıyla etdiyi ötürmələrin sayını 132-yə çatdırıb.

Benzema bununla da, “kral klubu”nun tarixində məhsuldar ötürmə sayında rekord göstəriciyə çatıb. Bundan əvvəlki ötürmə rekordu Kriştiano Ronaldoya aid idi. Hazırda “Yuventus”da çıxış edən portuqaliyalı hücumçu “Real” formasıyla 131 məhsuldar etmişdi.

2009-cu ildə “Lion”dan “Real”a keçən Benzema, bu mövsüm 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.