Şotlandiyanın “Stenhausemuir” klubunun yarımmüdafiəçisi Konner Dati 2 il müddətinə bütün futbol yarışlarından uzaqlaşdırılıb. 

Unikal.org xəbər verir ki, bu barədə yerli “Scotsman” nəşri məlumat yayıb.

Məlumata görə, futbolçunun cəzalanmasına marixuanadan istifadə etməsi səbəb olub. 23 yaşlı futbolçu dopinq-testdə ilişib. O, həmin testi 2019-cu ilin mart ayının 16-da “Stranraer”lə oyundan sonra verib. İki illik diskvalifikasiya da məhz həmin gündən hesablanacaq.

Qeyd edək ki, “Stenhausemuir” Şotlandiyanın gücünə görə dördüncü liqasında mübarizə aparır. Dati bu komandada 2018-ci ilin iyul ayından çıxış edir. O, bu müddət ərzində sözügedən komandada 41 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.