"Çaykur Rizəspor" klubunun Ukraynalı futbolçusu Mikola Moroziukun xanımı İrina Moroziuk həbs oluna bilər.

Unikal.org xəbər verir ki, ötən günlərdə sosial şəbəkədə Ukraynanın himnini oxuyarkən video paylaşan İrina başını bəlaya salıb. O, ölkəsinin bayrağını xatırlatmaq üçün mavi rəngdə kofta və sarı rəngli alt paltarı geyinmişdi. İrinanın bu videosu Ukraynada böyük etirazla qarşılanıb.

O, "Milli rəmzlərin yalnış istifadəsi"nə görə 6 aydan 3 ilə qədər müddətdə azadlıqdan məhrum edilə bilər.