Türkiyədə yem hazırlayan aparata saman atan gənc oğlanın ayağı qopub.

Unikal.org xəbər verir ki, hadisə Aksaray şəhərinin Yenikənd bölgəsində baş verib. Ailəsi ilə heyvandarlıqla məşğul olan Şaban Özdil yem hazırlayarkən xoşagəlməz çətin vəziyyətə düşüb. Belə ki, heyvanlara yem hazırlamaq üçün samanı ayağı ilə aparata itələmək istəyib. Bu zaman aparat onun ayağını qoparıb. Səsə onun ailə üzvləri gələrək təcili tibbi yardım çağırıblar. Xəstəxanaya aparılan gəncin ayağı yerinə tikilib. Onun müalicəsi davam etdirilir.