Müğənni Xatirə İslam toy fotolarını bəyənmir.

Unikal.org xəbər verir ki, sənətçi bu haqda "Söhbət var" verilişində deyib. O bildirib ki, toy fotolarını cırmaq istəyir:

"Toy şəkillərimə baxıram. Röya o vaxt toydan sonra mənə zəng vurub deyir: "Səni elə bəzəmişdilər ki, toy şəkillərinin hamısını cırdım". İndi məni təsəvvür edin...

Mən indi öz toy şəkillərimin hamısını cırmaq istəyirəm. Görün mən nə gündə olmuşam".