Fevralın 10-da fond birjalarında ABŞ-ın “Microsoft” şirkətinin səhmlərinin qiyməti 2,6% artaraq 189 ABŞ dollarına çatıb. 

Unikal.org bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bununla da, "Microsoft"un bazar dəyəri 1,44 trilyon ABŞ dollarına yüksəlib və şirkət "Apple" korporasiyasını geridə qoyaraq ölkənin bahalı kommersiya qurumu olub.