Göygöl rayon sakini yanvarın 13-də polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 750 manat məbləğində nağd pulun və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilib.

Aparılan araşdırmalarla onun zərərçəkənin qonşusu, rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş H.Fərəcov olduğu müəyyənləşib. O, dindirilərkən törətdiyi cinayət hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar aparılır.