Muğla şəhərində qadın sevgilisi ilə birləşərək həyat yoldaşını öldürdüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ebru Balaban 33 yaşlı sevgilisi Akın Kulakçı ilə birlikdə Bekir Koyuncu adlı şəxsə 250 min TL (70 min manat) verərək 48 yaşlı qadının həyat yoldaşını öldürməyi tapşırıblar.

Evinin qarşısında Hasan Balabanı öldürən 31 yaşlı qatil polis tərəfindən saxlanılıb. Ondan başqa yaxalanan 4 şübhəli şəxs də ədliyyəyə göndərilib. 

Ebru Balabanın 60 yaşlı əri Hasan Balabandan boşanmaq üçün 9 ay öncə məhkəməyə müraciət etdiyi məlum olub. Onun mülklərinin isə 3 milyon TL (850 min manat) dəyərində olduğu bildirilib.