Türkiyədə FETÖ terror təşkilatına üzv olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində keçirilən əməliyyatlar zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 14 dövlət qulluqçusu saxlanılıb.

Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar aparılır.