Nazirlər Kabineti “Elektrik qurğularının quraşdırılması Qaydası”nı təsdiq edib.

Unikal.org xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “Elektrik qurğularının quraşdırılması Qaydası” təsdiq edilib.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.