Rusiyanın Tuva Respublikasında iki minik avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Uluq-Xemski rayonunda qeydə alınan hadisədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin yaydığı məlumatda xəsarət alanlar arasında üç azyaşlı uşağın olduğu bildirilib.